Azərbaycan millisi Avropa çempionu olub



 

Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda Azərbaycan millisinin final oyunu baş tutub.

"Report" xəbər verir ki, yığmamız həlledici matçda Lüksemburq seçməsi ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində davam edən oyun təmsilçilərmizin 77:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycanın U-18 millisi son olaraq 2016-cı ildə Avropa çempionatı C divizionunun qalibi olmuşdu.

Bundan əlavə, Azərbaycanın qızlardan ibarət U-18 basketbol millisi Avropa çempionatının C divizionunun ikincisi olub.

Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşadək qızlar arasında keçirilən qitə turnirinin finalında Kosovo ilə üz-üzə gələn yığma 65:75 hesabı ilə məğlub olub.

Bu nəticənin ardından Evren Alkayanın rəhbərlik etdiyi yığmamız gümüş medallara sahib çıxıb.

465850