Yeni mövsümdə iddialı olacağı şübhə doğurmayan "Turan Tovuz"ın ən bahalı futbolçusunun kimliyi müəyyənləşib.
Bu, bir neçə gün öncə 2+1 illik müqavilə bağlayan Araş Qadiridir.
Adıçəkilən iranlı burada ilinə 200 min dollar qazanacaq.
26 yaşlı müdafiəçi son olaraq “Traktorsazi”də çıxış edib. O, daha əvvəl İranda “Aliminium” və “Peykan”ın formasını geyinib.
"Turan Tovuz" bu yay Tural Bayramlı, İvan Konovalov, Sergey Samok, Kristian da Silva və Veysəl Rzayevi də heyətinə cəlb edib.