Deputat Şahin İsmayılova MÜRACİƏT...
Yaxud deputatı rayondan qovurlar, zorla girməyə çalışır
Düşünürəm ki, bu yazını yazmasam, beyləqanlılar məndən inciyər. Həm də YAP İH fikirləşər ki, zorla deputat mandatı verilən şəxsin namizədliyinə Beyləqandan etiraz edən yoxdur...
Əvvəlcə 2015-ci ildən Beyləqandan deputat mandatı verilən Şahin İsmayılova müraciət edirəm:
Hörmətli Şahin İsmayılov, Allaha şükür, şəxsiyyətin, hüququn öz yerində, qanacaq-mərifətdən də, maşallah pis deyilsən, bəs, hər bir insanın utanmaq hissi də var axı?! Bu hiss sizdə niyə yoxdur, yəqin 10 ildir V, VI və indi də VII çağırış MM-ə növbədənkənar parlament seçkilərində sizi Beyləqana deputat sırıyanlarda da utanc hissi yoxdur?! Olsaydı, ən azı dairəni dəyişərdilər...
Şahin İsmayılov, beyləqanlılar sizin deputat fəaliyyəti haqqında nələr dediyini, danışdıqlarını bilirsinizmi?! Səhv etmirəmsə, axı, rayonun Kəbirli kəndinin camaatı sizi bir neçə dəfə kənddən qovub, təzədən həmin kəndin seçicilərindən hansı üzlə səs istəyəcəksiniz?!..
Maraqlıdır, sizi Beyləqana deputat göndərən YAP niyə beyləqanlı partiya üzvləri arasında sizdən də savadlı, camaat arasında yüksək nüfuza malik, rayon əhalisinin yaxından tanıdığı şəxslər olduğu halda, onlardan birini niyə sizin əvəzinizə Beyləqana deputat göndərmir?! Rayon əhalisinin əksəriyyəti fikirləşir ki, orta əsrlərdə olduğu kimi, yalnız deputat məlum tayfadan olmalıdır?!
Bir 5 il, yəni 2005-ci ildə Qərbi Azərbaycanəsilli orta təhsilli Səfər Məmmədov saxta mandat verdiniz, o da MM-də tək bircə dəfə bələdiyyələrə ayrılan pulların dağıdılmasından necə danışdısa, birdəfəlik susduruldu. Ardınca deputat mandatı qaçqın və köçkünlərə yararsız evlər tikən və rüşvətxorluğuna görə, cənab Prezidentin vəzifədən qovduğu Ayaz Quliyev 2010-cu ildə Beylaqanın mandatını satdınız və indi də siz, düz 10 ildir Beyləqan əhalisinin tanımadığı şəxs kimi, deputat olmağı bacarmadığınıza görə, xalq sizə deputat mandatı verilməsinə etiraz edir, buna baxmayaraq, üçüncü dəfə də deputat mandatı niyə mütləq sizə verilməlidir, axı?!
Tapdıq Abbas