Səttar Möhbalıyev istefa verir? - AÇIQLAMA



 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev istefa verir.

Pravda.az-ın əldə etdiyi məlumata görə, artıq S.Möhbalıyevin ərizəsinin alındığı bildirilir. İstefanın avqust ayında elan ediləcəyi gözlənilir. Qeyd olunub ki, qurultaya hazırlaşan bəzi üzv təşkilatlar da yekun qərarı gözləyirlər. 

Sədrin istefası təsdiqlənərsə, qurumun Nizamnaməsinə uyğun olaraq qurultay çağırılacaq və yeni sədr seçiləcək. 

2006-cı ildən AHİK-in katibi-maliyyə şöbəsinin müdiri Qalib Qəribovun fəaliyyətinin yoxlanacağı da daxil olan məlumatlar sırasındadır. Onun sabiq deputat Fərhad Qəribovun qardaşı oğlu olduğu bildirilir. 

Təşkilatın sözçüsü Rəşad Nəsirov isə deyib ki, bu barədə xəbərsizdir və məlumat həqiqətəuyğun deyil.

Qeyd: S.Mehbalıyev hazırda 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin deputatıdır. Onun namizədliyini yenidən irəli sürəcəyi gözlənilir. Həmin seçki dairəsi üzrə hakim Yeni Azərbaycan Partiyası (YAP) Asiman Babayevin, Azərbaycan Demokrat Partiyası isə Sərdar Cəlaloğlunun namizədliyini irəli sürüb. S.Cəlaloğlu 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində namizədliyini 15 saylı Yasamal birinci seçki dairəsindən irəli sürmüşdü. Hazırda isə ADP sədrinin 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən namizədliyini irəli sürməsi həmin dairə üzrə seçkilərin diqqət mərkəzində olacağının göstəricisidir.