Azərbaycanın Paris-2024-dəki bayraqdarları bəlli olub.
SeherXeber.org xəbər verir ki, bu vəzifəni qadınlardan ibarət cüdo üzrə Azərbaycan millisinin üzvü Gültac Məmmədəliyeva və boksçu Məmməd Abdullayev yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançımız 15 idman növü üzrə 17 proqramda ölkəmizi təmsil edəcək.