İrəvan üçün ən qorxulu mərhələ başlayır: ABŞ və Avropa Birliyi Ermənistanı "xərcləyəcək", Fransa və İran isə...



 

Cənubi Qafqazda geopolitik şərtlər sürətlə dəyişməkdə davam edir. Halbuki, bu prosesin davamlı olacağı da artıq qətiyyən şübhə doğurmur. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, bu region ətrafında çoxlu sayda strateji ssenarilər qurtulmaqdadır. Və bu planlar da vaxtaşırı geopolitik proseslərin inkişaf istiqamətlərinə müəyyən qədər təsir göstərsə də, son nəticədə onların reallaşdırılması mümkün olmayıb.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda uzaqgedən strateji planların qurulması qətiyyən effektiv deyil. Çünki bu regionda Azərbaycan geopolitik iradə sahibi olduğundan rəsmi Bakı bütün kənar müdaxilə cəhdlərini bloklaya biləcək əsas strateji mexanizmləri öz əlində cəmləşdirməyi bacarıb. Və bu, dünya nəhənglərinin Cənubi Qafqazda kobud yerləşmə niyyətlərini boşa çıxarır.

Maraqlıdır ki, rəsmi Bakı dünya nəhənglərinin təzyiqləri qarşısında duruş gətirməkdə o qədər də böyük çətinlik çəkmir. Azərbaycanın geopolitik güc dünya nəhəngləri üçün real problemə çevrilməyə başlayıb. Çünki rəsmi Bakı Azərbaycanın maraqlarına problem yarada biləcək heç bir kənar müdaxiləyə şans tanımır. Və belə vəziyyət dünya nəhənglərini Azərbaycan ilə bərabər hüquqlu münasibətlərə məcbur buraxır.

5dc10b64f99e682b9e48220cc22e09e8.jpg (296 KB)

Ancaq onu da qeyd etmək lazımdır ki, dünya nəhəngləri hər hansı regionda bərabər hüquqlu münasibətlərə qətiyyən vərdişli deyillər. Xüsusilə də, ABŞ və Avropa Birliyinə yalnız onların təlimatlarına və sifarişlərinə riayət edəcək "geopolitik alətlər" lazımdır. Hazırda Cənubi Qafqazda yalnız Ermənistan buna uyğun yeganə ölkə sayılır. Və bu baxımdan, Qərbin Ermənistanı özünün regional "geopolitik alət"inə çevirməsi qətiyyən təəccüblü deyil.

Maraqlıdır ki, rəsmi İrəvanı xüsusi təlimatlarla idarə edən ABŞ və Qərb müəyyən mənada, bunun əvəzində Ermənistanı müxtəlif vədlərlə şirnikləndirir. Yəni, Ermənistan hazırda ABŞ və Qərb tərəfindən aldadılmaqda olan ölkə rolunda çıxış edir. Hətta bu prosesdə Ermənistanın silahlandırılması da əslində, rəsmi İrəvanın aldadılması faktorlarından biri kimi diqqəti çəkir. Hər halda, Ermənistanın silahlandırılması rəsmi İrəvanı radikallaşdıraraq, revanşizmə doğru istiqamətləndirir. Hətta regional sülh prosesini ləngidərək, yeni savaş təhlükəsi də yaradır.

Halbuki, rəsmi İrəvanın Qərbdən, xüsusilə də, Fransadan aldığı silahlar Ermənistana hərbi revanş şansına qətiyyən yaxınlaşdırmayıb. Əksinə, rəsmi İrəvanın sübhdən uzaqlaşaraq, savaşa doğru yönələn addımlara meyillənməsi ilk növbədə Ermənistana ciddi təhlükələr vəd edir. Üstəlik, yeni savaş ehtimalı reallaşarsa, nə ABŞ-ın, nə də Avropa Birliyinin Ermənistanı müdafiə etmək, ağır hərbi məğlubiyyətindən yayındıra biləcək hər hansı mexanizmləri mövcud deyil. Və yeni savaş vəziyyətində Qərb siyasi dairələri atəşkəsə çağıran bir neçə "növbətçi bəyanat"ın ardından baş verənləri kənardan müşahidə ilə kifayətlənməli olacaqlar.

Bütün bunları nəzərə aldıqda, Ermənistanı humayə edən ABŞ və Avropa Birliyinin sülh prosesinə dəstək mesajları demək olar ki, heç prinsipial siyasi əhəmiyyət daşımır. Çünki artıq hər kəsə aydındır ki, ABŞ və Avropa Birliyini Cənubi Qafqazda sülh prosesinin uğur qazanması qətiyyən düşündürmür. Yəni, bütün bunlar Qərbin geopolitik manipulyasiyalarından başqa bir şey deyil. Və bu manipulyasiyalarda Ermənistanın maraqları əslində, ümumiyyətlə, təmsil olunmur.

c4590da1c5ba5cc40b26310c692772ef.jpeg (106 KB)

Göründüyü kimi, ABŞ və Qərb Cənubi Qafqazda Ermənistan üzərindən hərbi-siyasi vəziyyəti gərginləşdirmək məqsədi güdür. Bu gərginliyin Ermənistana hansı təhlükələri törədə biləcəyi isə Qərbdə heç kimi düşündürmür. Əsas məsələ odur ki, Qərb Cənubi Qafqazda öz geopolitik maraqlarını yerləşdirməyə nail ola bilsin. Və bu hədəfə çatmaq üçün Qərb Ermənistanı ümumiyyətlə, xərcləməyə belə, hazırdır.

Onu da qeyd etmək lazımdır ki, Qərbdə Cənubi Qafqazda yeni situasiyanın yaradılması məsələsinə münasibətdə müəyyən tələskənlik əlamətləri də müşahidə olunur. Belə ki, Bayden administrasiyası Rusiyanın regiondan çıxarılmasını təmin etməyə cəhd göstərir. Eyni zamanda, Ermənistanın hərbi-siyasi cəhətdən dəstəklənməsi ilə bağlı da daha qabarıq görüntü yaratmağa çalışır. Və bu, Bayden adminstrasiyasına həm də seçki maraqlarının təmin olunması üçün lazımdır.

Çünki bu iki məsələ ətrafında müəyyən irəliləyişlər olarsa, Bayden administrasiyası növbəti prezident seçkilərində daha geniş seçici dəstəyi qazana bilər. Xüsusilə də, ABŞ-ın Ermənistanın maraqlarına uyğun davranması erməni diasporunun Bayden adminstrasiyasına daha intensiv dəstək verməsinə də yol aça bilər. Bu səbəbdən də, hazırda Ağ Ev Cənubi Qafqazdakı sülh prosesi ətrafında geopolitik manipulyasiyalar etməyə xüsusi həvəs göstərir. Və buna paralel olaraq da Ermənistanın Rusiya ilə bütün körpüləri uçurtmasına, KTMT-nı rəsmən tərk etməsinə nail olmağa çalışır.

Ancaq rəsmi İrəvan ABŞ-dan və digər Qərb siyasi dairələrindən gələn belə təlimatları yerinə yetirsə, bu, Ermənistan üçün həlledici səhv anlamı daşıyacaq. Çünki hazırda beynəlxalq situasiya və geopolitik proseslər Ermənistanın əleyhinə yönəltməyə başlayıb. Ona görə də, rəsmi İrəvan Ermənistanın gələcək taleyi baxımından, bütün riskləri mütləq nəzərə alınmalıdır. Əks halda, rəsmi İrəvanın indi buraxdığı kobud səhvlər yaxın gələcəkdə Ermənistana fəlakət olaraq, geri dönə bilər.

e2e65d887dc9002ace9fce24d89dc82a.jpg (227 KB)Məsələ ondadır ki, Ermənistanın önəmli beynəlxalq himayədarı olan müstəmləkəçi Fransa çöküş dövrünü yaşayır. Xüsusilə də, Makron hakimiyyətinin daxili xaos ərəfəsində olması tezliklə Ermənistanı Fransanın hərbi-siyasi dəstəyindən məhrum edə bilər. Üstəlik, İrandakı son prezident seçkilərinin nəticələrindən sonra rəsmi Tehranın Azərbaycan-Türkiyə İttifaqı ilə hansı prioritet hədəflərə yönəlik münasibətlərə üstünlük verəcəyi hələlik qeyri-müəyyən xarakter daşıyır. Və bu istiqamət də Ermənistan üçün itirilmiş ola bilər.

Nəhayət, ən önəmli məqam ABŞ-da keçiriləcək prezident seçkiləri ilə birbaşa bağlıdır. Belə ki, Ermənistana və erməni diasporuna laqeyd olduğunu hələ ötən prezidentliyi dövründə belə, gizlətməyən Donald Trampın yenidən Ağ Evə sahiblənmə ehtimalı tamamilə real görüntülər almağa başlayəb. Əgər, Ağ Evin sahibi dəyişərsə, Ermənistan ABŞ-dan indiki səviyyədə dəstək ala bilməyəcək. Hətta Bayden administrasiyası hakimiyyətdə qalsa belə, seçkilərdən sonra Ermənistan Ağ Evin Cənubi Qafqaz siyasətində tədricən arxa plana keçiriləcək.

Üstəlik, dünya liderlərini qarışdıran, hətta özünü belə, normal təqdim edə bilməyən prezident Co Baydenin Ermənistanın gələcək taleyini düşünə biləcək durumda olacağına yalnız sadəlövhlər inana bilər. Və ABŞ-ın dəstəyi olmadan Avropa Birliyinin təkbaşına Ermənistanın xilaskarı missiyasını öz üzərinə götürə biləcəyi də qətiyyən real təsir bağışlamır. Və bütün bunlar o deməkdir ki, rəsmi İrəvan nəhayət, indi Ermənistanın təklənməyə məhkum olduğunu nəzərə almaqla, qərarlar qəbul etməlidir.