"Kəpəz" ispaniyalı futbolçunu transfer edib



 

"Kəpəz" daha bir futbolçunun transferini reallaşdırıb.

Klubdan SeherXeber.org a verilən məlumata görə, Mərakeş əsilli ispaniyalı oyunçu Kərim Lkoça ilə 1+1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.

Lkoça son olaraq Andorra çempionatında "Santa Koloma" klubunda oynayıb.