Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın ilk oyunu keçiriləcək.
SeherXeber.org xəbər verir ki, günün yeganə matçı Münhendəki "Alyans Arena"da, İspaniya və Fransa yığmaları arasında gerçəkləşəcək.
Pireneylilər 1/4 finalda Almaniyanı mübarizədən kənarlaşdırıblar. Fransızlar isə Portuqaliyadan güclü olublar.
Saat 23:00-da start götürəcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşmasında sabah Niderland və İngiltərə yığmaları üz-üzə gələcək.
AVRO-2024
Yarımfinal
9 iyul
23:00. İspaniya - Fransa
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Münhen, "Alyans Arena".