Ağ Ev: NATO Hind-Sakit okean regionuna genişlənmir



 

NATO Hind-Sakit okean regionuna genişlənmir.

APA xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib.


“NATO Hind-Sakit Okean regionuna genişlənmir, üzvlük prosesi yoxdur, NATO-nun bütün müdafiə və çəkindirici vasitələri NATO müttəfiqlərinin ərazisində Avro-Atlantik məkandadır”, - Maykl Karpenter qeyd edib.