Politico: Bayden fəlakətli debatdan sonra tibbi müayinədən keçir



 

ABŞ prezidenti Co Bayden Ağ Evdə demokrat qubernatorlarla qapalı görüşdə keçmiş Amerika lideri Donald Trampla teledebatda uğursuz çıxışından sonra tibbi müayinədən keçib.

SeherXeber.org xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşrin yazdığına görə, Bayden keçən həftə tibbi müayinədən keçib və özünü yaxşı hiss edir. 

Dövlət başçısının iş qrafiki ilə tanış olan mənbə qeyd edib ki, Bayden çox güman soyuqdəymə əlamətləri ilə bağlı adi tibbi müayinəsindən keçib. 

Onun sözlərinə görə, buraya ciddi yoxlamalar daxil olmayıb.