"Bütün dünya əmindir ki, Fransanın hazırkı Prezidenti Emmanuel Makron sonda bəlkə də kiminsə düşündüyündən tamamilə fərqli nəticələrə gətirib çıxaran tələsik addımlar atır".
SeherXeber.org xəbər verir ki, bu barədə "Caliber" "Youtube" kanalının süjetində deyilir.
"Bu cür uğursuz təşəbbüslərin bütün nümunələrini bir araya toplamaq və saymaq çətindir. Makronun Fransa dövlətinin başında olduğu müddətdə, xüsusən də Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra nə qədər qarışıqlıq yaratdığı barədə az yazılmayıb.
Bəzən elə təsəvvür yaranır ki, bu ölkənin prezidenti artistik şəkildə rola girərək, "Bəxtsiz" filmində möhtəşəm rol oynayan istedadlı həmyerlisi Pyer Rişarın uğurlarına görə əzab çəkir", - deyə süjetdə qeyd olunub.