"Neftçi" müqavilə imzaladı - 28 qol vuran hücumçu ilə



 

"Neftçi"nin gələn mövsümdə xidmətindən yararlanacağı yerli oyunçulardan birinin kimliyi dəqiqləşib.

Paytaxt klubu Ağadadaş Salyanski ilə müqavilənin müddətini yeniləyib.

Əvəzedici komandanın heyətində 28 qol vurmuş 20 yaşlı hücumçu növbəti 3 ili də yetirməsi olduğu "ağ-qaralar"ın düşərgəsində keçirəcək.

Premyer Liqadan və bəzi xarici ölkələrdən təklif alan gənclər yığmasının forvardı maaşının artırılması şərtilə sözləşməsini uzadıb. (sportinfo.az)