Türkiyə daha bir qol vurdu - YENİLƏNİB



 

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında Türkiyə komandası növbəti qolu vurub.

"Ölkə.Az" xəbər verir ki, Arda Gülər 65-ci dəqiqədə fərqlənib.

Türkiyə millisindən daha əvvəl Mərt Müldür 25-ci dəqiqədə qol vurub. Gürcüstan komandasından isə Georgi Mikautadze 32-ci dəqiqədə fərqlənib.

***20.57

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə - Gürcüstan matçında ilk hissə başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıb.

Türkiyə millisindən Mərt Müldür matçın 25-ci dəqiqəsində fərqlənib. Georgi Mikautadze 32-ci dəqiqədə bərabərliyi təmin edib.