AVRO-2024: Belçika - Slovakiya oyununda hesab açılıb



 

Almaniya keçirilən Avropa çempionatının E qrupundakı Belçika - Slovakiya matçında hesab açılıb.

"Report"un məlumatına görə, 7-ci dəqiqədə slovakiyalı İvan Şrants fərqlənib.

***

Almaniya keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun başlayıb.

"Report"un məlumatına görə, Belçika - Slovakiya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Qarşılaşmanı türkiyəli Halil Umut Meler idarə edir.

E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.