Zelenski bir şərtlə sabah Rusiya ilə danışıqlara başlamağa hazırdır



 

Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Kiyev sabah Moskva ilə sülh danışıqlarına başlamağa hazırdır.

APA xəbər verir ki, Ukrayna liderinin çıxışı sosial şəbəkələrdə yayımlanır.

Bununla belə, o deyib ki, danışıqlar üçün bir şərtin yerinə yetirilməsi tələb olunur. Bu şərt isə odur ki, Rusiya Federasiyası ölkənin ərazi bütövlüyünə hörmət etməlidir.