“Çox vaxtım qalmayıb” - Ronaldodan səmimi sözlər



 

Zamanın keçməsinə baxmayaraq, Kriştiano Ronaldo Portuqaliya millisində əsas fiqur olaraq qalır. Bununla belə, ulduz karyerasının sonuna yaxınlaşdığını gizlətmir.

Lent.az xəbər verir ki, Ronaldo çərşənbə axşamı Portuqaliya millisində 129 və 130-cu qollarını qeyd edib. O, komandasının İrlandiya üzərində 3:0 hesablı qələbə qazanmasına böyük töhfə verib.

Ulduzun artıq 39 yaşı olsa da, hələ də karyerasını başa vurmaq niyyətində deyil. Bununla belə, portuqaliyalı yaxşı bilir ki, onun çox vaxtı yoxdur.
İrlandiya ilə oyundan sonra Ronaldo bu haqda danışıb. O, gizlətmir ki, oyun hələ də ona böyük həzz və məmnunluq verir.

"Futbol oynamağa çox vaxtım qalmayıb, ona görə də bundan həzz almalıyam. Futbola aşiqəm.

Hər oyun unikaldır. Avropa çempionatında Portuqaliyanı təmsil edəndə qürur duyuram. Eynilə 20 yaşım olanda olduğu kimi”, - Ronaldo söyləyib.

Portuqaliyalılar Avropa çempionatında ilk oyununu iyunun 18-də Çexiya ilə qarşılaşacaqları zaman keçirəcəklər. Daha sonra Türkiyə və Gürcüstanla da oynayacaqlar.