Yumurtanın bahalaşma səbəbləri - Qiymət yenə artacaq? - AÇIQLAMA



 

Azərbaycanda yumurta qiymətləri artıb.

SeherXeber.org xəbər verir ki, ötən ay 10-11 qəpiyə satılan yumurtanın qiyməti 40%-ə yaxın artaraq 14 qəpiyə təklif edilir.

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bahalaşmanın səbəblərini “Ölkə.Az”a şərh edib.

O bildirib ki, sənaye üsulu ilə istehsal olunmuş yumurtanın bir ədədinin qiyməti 12-14 qəpik arasında dəyişir:

“Bir dönəm yumurta bolluğunun yaranması qiymətin 7-8 qəpiyə qədər enməsinə səbəb olmuşdu. Bu da ixracatda yaranmış çətinliklə bağlı idi. Eləcə də, aprel-may aylarında kənd toyuqlarının yumurtalaması dövrü olduğu üçün yumurtanın bol olması qiymətlərin enməsinə təsir etmişdi”. 

Assosiasiya sədri deyir ki, hazırda qiymətlər keçən ilin müvafiq dövrünə nisbətdə 3-5 qəpik arasında ucuzdur: “Ötən il 16-17 qəpik olan yumurta bu il 12-14 qəpik qiymətlə təklif olunur. Ötən aya nisbətdə yumurta hazırda maya dəyərinə satılır”.

“Gələcək üçün yumurta qiymətində ciddi artım gözlənilmir”, - deyə M. Həsənli əlavə edib.

Könül