“Bəli, qapı bağlıdır” - Qvardiola



 

2008-2012-ci illərdə “Barselona”da çalışmış “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bir daha Kataloniya klubunda işləməyəcəyini açıqlayıb.

SeherXeber.org xəbər verir ki, o, bu haqda insayder Fabritsio Romanoya bildirib.

“Bəli, qapı bağlıdır”, - Qvardiola deyib.

Qeyd edək ki, o, 2013-2016-cı illərdə ispaniya “Bavariya”sında çalışıb. Qvardiola 2016-cı ildən “Mançester Siti”də çalışır.