İnsan şəklinə bənzər yaşayış sahəsi 



 

İtaliyada bir şəhərin dünya xəritəsində görünən yaşayış sahəsi insan şəklini xatırladır. Bu təbii gözəllik insanların diqqətini çəkdiyi qədər də təəccübləndirir. Uzaqdan Centuripe qəsəbəsinə baxanda qolları və ayaqları geniş yayılmış kişi şəklini görmək mümkündür. Dəniz ulduzunu xatırladan şəhərin forması olduqca valehedicidir. Fotoqraf Pio Andre Berri kəndin ən hündür nöqtəsinə qalxaraq, ən yaxşı bucağı çəkmək üçün dronunu 120 metr yüksəkliyə uçurdu. Şəhərin tarixi eramızdan əvvəl V əsrə gedib çıxır. İnsan bədəninə bənzəyən şəhərciyin əmələ gəlməsi insan şəklini almış kortəbii yaranmış dağlardan qaynaqlanır. İnsanlar sadəcə olaraq bu dağlarda öz evlərini tikiblər.

Centuripe, Siciliya-İtaliya..

SeherXeber.org