"Maaşımızı vermirlər, pulsuzluqdan gedib fəhlə işləyirik"



 

Bir ildən sonra Premyer Liqaya qayıdan «Şamaxı»da kütləvi narazılıq baş qaldırıb.

Təkcə gedən deyil, düşərgədə saxlanılan futbolçular da hazırkı vəziyyətdən kəskin narazıdır.

Komanda üzvlərindən bu barədə redaksiyamıza şikayət daxil olub.

Bildirilir ki, mövsüm bir müddət əvvəl bitsə də, aprel ayının məvacibərini hələ almayıblar:

«İki aydır halavl maaşımızı istəyirik, vermirlər. Səbəbini də demirlər.

Deyirlər ki, gözləyin, nə vaxt olar, verərik. «Hara istəyirsiz, ora da şikayət edin» cavabı eşidirik.

Əlac hər yerdən kəsilib. Gərək bu dəfə AFFA-nın özünə şikayət edək.

Ondan narahatıq ki, ümumiyyətlə, ишквэт pulumuzu verməzlər.

«Qaradağ Lökbatan»la çempionluq oyunundan əvvəl komandaya deyilmişdi ki, birinci yeri tutsaz, hərənizə 5000 manat mükafat veriləcək.

İndi o mükafatın üstünü vuran da yoxdur. Hamımız maaşa baxan futbolçularıq.

İçimizdə elələri var ki, pulsuzluqdan gedib fəhlə işləyir.

Sшzdən kömək istəyirik. Bizə yardım edin, «Şamaxı» rəhbərliyi uşaqların maaşını versin».(SPORTİNFO.AZ)