Şüarı “sağlam yaşa” olsa da, sağlam yaşamağa imkan vermir - ŞİKAYƏT



 

Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində klinika səkini zəbt edib.

Bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb. 

Bildirilir ki, səkini zəbt edən üçmərtəbəli korpus “International Medical Centre 2” klinikasına aiddir. Müəssisənin bu korpusa bitişik girişi də səkini zəbt edir.

“Şüarı “Bizimlə sağlam yaşa” olan klinikaya görə hər gün piyadalar təhlükə ilə üzləşirlər. Küçədə heç 50 metrlik səki anlayışı yoxdur, məcbur yola çıxırıq, mənim özümü az qala maşın vuracaqdı”, - deyə sakinlərdən biri qeyd edib.

Qeyd edək ki, “International Medical Centre Bakı” QSC “Baku Medical Plaza” klinikalar şəbəkəsinə aiddir.