“Fənəbaxça”nın baş məşqçisi istefaya göndərildi



 

Türkiyənin “Fənəbaxça” futbol komandasının baş məşqçisi İsmail Kartal istefaya göndərilib.

APA xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Klub xidmətlərinə görə İsmail Kartala təşəkkür edib.

Qeyd edək ki, “Fənəbaxça” bu mövsüm Türkiyə super liqasını ikinci yerdə başa vurub.