Fərrux Mahmudov "Neftçi"dəki postundan ayrılıb



 

Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov klub ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.

"Ölkə.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ona fəaliyyəti ərzində uzunmüddətli perspektivdə müsbət dəyişikliyə səbəb olacaq yeni işlərin təməlinin qoyulmasında göstərdiyi xidmətlərə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.