Futbolçular "Səbail"i kütləvi şəkildə tərk edirlər



 

Şahin Diniyevlə yeni müqavilə imzalayan "Səbail"də işlər qaydasında getmir.

"Ölkə.az" xəbər verir ki, klub rəhbərliyi büdcəni xeyli azaldıb. Bu səbəbdən də qəsəbə təmsilçisi yüksək maaş alan legionerləri ilə yolları ayıracaq. 10-a yaxın oyunçunun komandanı tərk edəcəyi bildirilir.

Söhbət Aleksandr Ramalinqom, Pedro Nuno, Valdemar Almeyda, Ayub Masika, Yadin Luqasi, Anas Najah, Suleyman Alluş, Adi Mehremiç, Nir Bardea, Madi Quetadan gedir.

Bu futbolçuların çoxu maaşlarının azaldılmasına razı olmadığı üçün "Səbail"i tərk etmək qərarına gəlib.