Azarkeşlər ən yaxşı futbolçunu seçdilər - FOTO



 

"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer fanatların rəyinə görə 2023/2024 mövsümündə İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.

Lent.az xəbər verir ki, bu barədə İngiltərə Peşəkar Futbol Assosiasiyasının mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

İngiltərə çempionatının başa çatan mövsümündə 22 yaşlı futbolçu 34 matçda iştirak edib, 22 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bu mükafat ilk dəfə 2019/2020 mövsümünün sonunda, “Liverpul”un sağ cinah müdafiəçisi Trent Alexander-Arnold tərəfindən alınarkən təqdim edilib. Beləliklə, Koul Palmer “Çelsi” tarixində bu mükafatı alan ilk oyunçu olub.

Xatırladaq ki, Palmer London klubuna ötən yay tələbəsi olduğu “Mançester Siti”dən keçib. İngilis yarımmüdafiəçinin "Çelsi" ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir və daha 12 ay uzatmaq imkanı var.