Putin, mən bir dənə NATO-ya dəyim, söz verirəm, qayıdacağam - VİDEO



 

Rusiyanın TNT telekanalında yayımlanan "Comedy" verilişində Ermənistanın siyasəti lağa qoyulub.

Ölkə.Az xəbər verir ki, səhnəcikdə Rusiyaya qarşı cəbhə alan NATO, ABŞ, Gürcüstan, Ermənistandan bəhs edilib. Həmçinin Kremlin yanında olan Belarus da canlandırılıb.

Səhnəcik belədir: NATO Ermənistanı əyləncəyə dəvət edərkən o, Rusiyaya baxaraq çəkindiyini işarə edir. "Qızlar, razılaşın" israrından sonra Rusiya Ermənistana "səndən istifadə edib sonra atacaq" deyir, ortalıqda qalan Ermənistan vurnuxur və Rusiyaya yaxınlaşıb "yarım saatlıq gedirəm, yaxşı? Baxım görüm, nə var-nə yox, sonra sənə hər şeyi danışacağam" söyləyərək şirinlik göstərir və NATO-ya qoşulur. 

Ölkə.Az