Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”



 

Artıq üçüncü dünya müharibəsi gedir.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Üçüncü Dünya Müharibəsi artıq gedir. Bəli, bu, hamının düşündüyü kimi görünməsə də, İkinci Dünya Müharibəsi başlayanda da çoxları bunun məhz İkinci Dünya Müharibəsi olduğuna şübhə edirdi”, - o bəyan edib.

Podolyak qeyd edib ki, Rusiya Federasiyası və Avropa “artıq bir-biri ilə müharibə vəziyyətindədir”.