Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...



 

Aprelin 22-də Qəbələdə 20 yaşlı qız intihar edib.

Ölkə.az xəbər verir ki, rayonun Bum qəsəbəsində yaşayan 2004-cü il təvəllüdlü Bəhruzə Quliyeva özünü tövlədə asaraq həyatına son qoyub.

Bildirilib ki, B.Quliyevanın nişanlısı 1991-ci il təvəllüdlü Rəşad Əlizadə bu ilin 16 martında Ağdaşda yük maşınlarının toqquşduğu ağır yol qəzasında vəfat edib. Yol-nəqliyyat hadisəsi zamanı daha 2 nəfər də dünyasını dəyişib.

Həmin qəzadan əvvəl isə aprelin 23-nə, yəni bugünkü tarixə Rəşadla Bəhruzənin toyu təyin edilibmiş. Bəhruzənin nişanlısının yanında, Cığatelli kəndində dəfn olunacağı bildirilib.

Oxu.az-ın məlumatına görə, intihar edən qızın qardaşı - Bəhruz Quliyev 1992-ci ildə şəhid olub. Qardaşı şəhid olduğuna görə onun adını yaşatması üçün bacısına Bəhruzə adını veriblər. Ailənin yaşadığı küçə də məhz şəhid Bəhruz Quliyevin adını daşıyır.

Faktla bağlı araşdırma aparılır.