Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək



 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək.

Ölkə.az-ın məlumatına görə, ilk olaraq çempionluğunu rəsmiləşdirmiş "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. "Köhlən atlar"ın 72 xalı var, "qırmızı-qaralar" 16 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olacaq. Meydan sahibləri 46 xalla dördüncü, "ağ-qaralar" 47 xalla üçüncü sıradadır.

Azərbaycan Premyer Liqası

XXXI tur

20 aprel (şənbə)

16:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu

19:00. “Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, ötən gün "Sumqayıt" səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.