Bu ölkə turistlərdən bezib: Daha otel tikməyəcək



 

Dünyadakı br çox şəhərlər turist cəlb etmək üçün fərqli üsullara əl atsa da, bəzi şəhərlər turist çoxluğundan belə demək mümkünsə, bezib.

Xarici KİV xəbər verir ki, turistlərin çox olduğu şəhərlərdən biri də Niderlandın paytaxtı Amsterdamdır.

Rəsmilər turist sıxlığından dolayı şəhərdə yeni otel tikilməyəcəyini açıqlayıb.

"Şəhəri, sakinlər və turistlər üçün yaşana biləcək hala gətirmək və bunu davam etdirmək istəyirik" - məlumatda deyilir.

Açıqlamada o da vurğulanıb ki, yalnız hansısa otel bağlanacağı təqdirdə yenisi tikilə bilər. 

Qeyd edək ki, Amsterdam bələdiyyə məclisi ötən il də turistik gəmilərin qadağan edilməsi və sərnişin terminalının bağlanmasına səs vermişdi.