Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb



 

Güllə atıcılığı üzrə Azərbaycan milli komandasının üzvü Nigar Nəsirova Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanıb.

Azərbaycan Atıcılıq federasiyasından "Ölkə.az"a verilən məlumata görə, təmsilçimiz qadınlar arasında 10 m məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 578 xalla uğurlu nəticə əldə edib.

Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib olarsa Parisdə keçiriləcək 2024 Yay Olimpiya oyunlarına vəsiqə qazanacaq.