"Bizimlə zarafat etməyin" - Tehrandan ABŞ və İsrailə xəbərdarlıq



 

Tehran bir neçə ərəb ölkəsi vasitəsilə ABŞ-yə xəbərdarlıq edib ki, İran və İsrail arasında mümkün hərbi əməliyyatlara müdaxilə edərsə, Amerikanın bölgədəki hərbi bazalarına hücum edəcək.

Ölkə.Az xəbər verir ki, "Axios" bu barədə aprelin 12-də üç Amerika rəsmisinə istinadən məlumat yayıb.

ABŞ rəsmilərindən biri "Axios"a deyib: “İranın mesajı ondan ibarət idi ki, bizə hücum edən qüvvələrə hücum edəcəyik. Siz bizimlə zarafat etməyin ki, biz də sizinlə zarafat etməyək”.

ABŞ kəşfiyyatının məlumatına görə, İran yalnız İsrailin əks-hücumuna qoşulduqları halda ABŞ əsgərlərinə hücum edə bilər.

Pentaqondan "Axios"a bildirilib ki, ABŞ regional çəkindirmə səylərini gücləndirmək və ABŞ qoşunlarının müdafiəsini gücləndirmək üçün bölgəyə əlavə güc yerləşdirir.

Mürtəza
Ölkə.Az