Ev heyvanları ilə yatmaq faydalıdırmı?



 

Kembric Universitetinin Triniti Kollecinin alimləri müəyyən ediblər ki, itləri ilə yatan insanların gecə istirahətinin keyfiyyəti aşağı olur. 

"Ölkə.az" xəbər verir ki, araşdırmanın nəticələri "Scientific Reports" jurnalında dərc olunub.

Tədqiqatda 1500-dən çox böyük insan iştirak edib. Ümumilikdə, iştirakçıların təxminən yarısı gecənin ən azı bir hissəsini bir ev heyvanı ilə birlikdə yatdığını bildirib. Alimlər iştirakçılar arasında sorğu keçirib və onların nəticələrinə əsasən, hər birinin yuxu keyfiyyətini qiymətləndiriblər.

Ev heyvanları ilə yatan tədqiqat iştirakçılarının təxminən 93%-i onların yuxularına müsbət və ya neytral ümumi təsir göstərdiyinə inanır. Bununla belə, tədqiqatçılar it sahiblərində yuxusuzluq əlamətlərinin daha çox olduğunu aşkar ediblər. Otaqda bir pişiyin olması yuxu keyfiyyətində görünən mənfi təsir göstərməyib.

Alimlər qeyd ediblər ki, bir çox insan ev heyvanı ilə birlikdə yatmağın onları sakitləşdirdiyini düşünür. Bununla belə, heyvanların gecə səs-küyü, insanın yuxuya getməsinə və ya yuxuda qalmasına mane ola biləcək bədən hərəkətləri edə biləcəyi qeyd edilir.(qaynarinfo)