“Brent” markalı neftin qiyməti 91 dolları ötüb



 

Londonun ICE birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 23 oktyabr 2023-cü ildən bəri ilk dəfə bir barel üçün 91 dolları ötüb.

Bu, hərrac nəticələrindən məlum olub.

Bakı vaxtı ilə saat 22:45-ə olan məlumata görə, “Brent” markalı neftin qiyməti 91,09 dollar (+1,73 %) təşkil edib.