Xaricdən aldığımız zərgərlik məhsullarında 40 faizdən çox artıb



 

Cari ilin birinci rübündə Azərbaycan Türkiyədən 4 milyon 530 min ABŞ dolları dəyərində zərgərlik məhsulları alıb.

Valyuta.az bu barədə Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 348 min ABŞ dolları və ya 42,4 faiz çoxdur.

Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında Türkiyənə alınan zərgərlik məhsullarına çəkilən xərc 3 milyon 182 min ABŞ dolları olub.