Türkiyəli psixoloq xoşbəxt olmağın yolundan danışdı: Çoxlu səyahət etmək



 

Türkiyəli psixoloq Simay Yılmaz xoşbəxt olmağın yolunu açılayıb

SeherXeber.org Türkiyə mətbuatına istinadla xəbər verir ki, mütəxəssis zehni sağlamlığı yaxşılaşdırmaq üçün bol-bol səyahət etməyi tövsiyə edib:

“Nə vaxtsa səyahətə çıxanda problemlərinizdən uzaqlaşdığınızı hiss etdiyiniz olub? Və ya başqa bir ölkədə ucsuz-bucaqsız okeana baxıb bizə sıxıntı verən problemlərin əslində nə qədər kiçik olduğunu xatırlamısınızmı? Ya da əslində vəziyyətin düşündüyümüz qədər də pis olmadığını düşünmüsünüzmü? Səyahət məqsədi ilə şəhərdən və ya ölkədən kənara çıxmaq insana zehni və emosional qaçışdır, bizə problemlərimizdən uzaqlaşmağa kömək edə bilər. Yeni araşdırmalara görə, səyahət etmək təkcə xoşbəxtlik hormonunu artırmır, həm də alışdığımız gündəlik mühitin strukturundan fərqli şəkildə öyrənməyə səbəb olan emosional və sosial təcrübə təmin edir."

S.Yılmazın sözlərinə görə, səyahət həm də karyeramızda səmərəliliyi artıra bilər:

"Səyahət etmək psixi sağlamlığa faydalıdır. Gündəlik işlərdən uzaqlaşmaq dincəlməyə və enerjinizi bərpa etməyə kömək edə bilər. İstirahət, stres hormonu olan kortizol səviyyəsini azaltmağa kömək edə bilər. Digər fayda isə insanın özünü inkişaf etdirməsidir".

Psixoloqun sözlərinə görə, yeni ve yad mühitdə səyahət etmək həmin yerin çətinlikləri ilə mübarizə aparmağı öyrənib konfort zonadan kənara çıxmaq müvəffəqiyyət hissini üzə çıxara bilər.