Ermənilər Ermənistanın mifik vətəndaşıdır, çünki... - Paşinyan 



 

“Vətəndaşlıq ərazi ilə bağlıdır, ərazi varsa, vətəndaşlıq var, ərazi yoxdursa, vətəndaşlıq yoxdur. Əgər biz söhbət mifik yox, real vətəndaşlıqdan gedirsə".

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan tiktokda dövlətlə bağlı üçüncü söhbətində deyib.

Onun sözlərinə görə, hüquq və vəzifə də ərazi ilə bağlıdır. "Biz Ermənistan dövləti haqqında danışarkən suveren hüquq və vəzifələrə dair baxışlarımızı qeyd etmək çox vacibdir", - o qeyd edib.

Paşinyan əlavə edib ki, Üçüncü Respublikanın mövcudluğu boyu suveren hüquq və öhdəliklərimizin ərazisi haqqında fikirlər çox vaxt spesifikliklərdən məhrum idi. 

"Ərazi qeyri-müəyyən ola bilməz, konkretlik olmalıdır. Bu baxımdan ölkəmizdə hüquq və vəzifələrin səmərəli fəaliyyət göstərməməsi onunla bağlıdır ki, bizim suveren ərazimizlə bağlı təsəvvürlərimiz heç vaxt konkret olmayıb”, - Paşinyan bildirib.

Mürtəza
Ölkə.Az