Naxçıvan Ali Məclisinin plenar iclası keçiriləcək



 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

SeherXeber.org xəbər verir ki, aprelin 4-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

İclasda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik hesabatının dinlənilməsi və cari məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.