Abşeronda qohumların davası ölümlə bitib



 

Abşeronda yeznə ilə qayın dava edib, tərəflərdən biri 11 gün sonra aldığı xəsarətlərdən xəstəxanada ölüb.

APA xəbər verir ki, hadisə martın 19-u Ceyranbatan qəsəbəsində baş verib. Qohumlar arasında yaranan mübahisə dava ilə sonlanıb.

Nəticədə 1950-ci il təvəllüdlü Cəlil Abakən oğlu Şabanov aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. 11 gün müddətində həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, C.Şabanov bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.