Bakı İnzibati Məhkəməsi DSMF-nin rüşvətini Konstitusiyadan üstün tutur?



 

Bakı İnzibati Məhkəməsi inzibati orqanın- DSMF-in rüşvətini Konstitusiyadan üstün tutur
DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialı ( XŞTMF) Bakı İnzibati Məhkəməsinin 7 il qabaq qəbul etdiyi 05.07.2017 tarixli , 2-1(81)-1889/17 saylı Qərarını 6 ildən sonra 01.04.2023-cü ildən özbaşına, dələduzluqla, mənimsəmə məqsədilə “ləğv edib”, 1-ci dərəcəli Qarabağ əlilinin  pensiyasına bu Qərarla əlavə olunan 110 manatı kəsib. 1 ildir şikayət edilsə də, borclu XŞTMF-nin  özbaşınalığına nəinki son qoyulur, əksinə Filial bütün dövlət , ədliyyə, məhkəmə, hüquq orqanlarını rüşvətlə satın alıb, ölkədə Konstitusiyanın qüvvədə olmadığına rüşvətlə inandırıb.
Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyeva 19.06.2023, 14.08.2023, 09.09.2023 tarixli , 2-1(81)-1889/17 saylı TƏLƏBNAMƏ ilə borclu inzibati orqandan 1 BİİM-in 05.07.2017 tarixli, 2-1(81)-1889 saylı Qərarının İCRA VƏZİYYƏTİ və QAYDASI haqqında ətraflı məlumatın QISA MÜDDƏTDƏ məhkəməyə təqdim olunmasını İPM-in 60-cı maddəsini vurğulamaqla TƏLƏB EDİB . Məhkəmə Hüquq Şurasından daxil olan şikayətə  5 aydan sonra h. G. Sevdimalıyeva 13.10.2023 tarixli məktubla yazıb ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1889/17 saylı , 15.07.2017 tarixli qərarı CAVABDEH TƏRƏFİNDƏN İCRA EDİLMİŞDİR.  Belə özbaşınalıq olar? Tələbkar 1-ci dərəcəli Qarabağ qazisidir və tələbkara məhkəmə qərarı ilə ayrılan 110 manatın hesablanması 2023-cü ilin 1 aprelindən dayandırılıb. Hakim hansı sənədə, sübuta, qanuna, Konstitusiyaya əsaslanıb , məhkəmə qərarının icra olunduğunu bildirir?! Məhkəmə Konstitusiyanı üstün tutmalıdır, yoxsa borclu inzibati orqanın rüşvətini? G. Sevdimalıyeva hakimdir, yoxsa DSMF-in rüşvət vəkili? Onu da vurğulayaq ki, Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalov 1 il qabaq icraatına götürdüyü iş üzrə 7 il qabaqkı məhkəmə qərarı ilə ayrılan məbləğin kəsilməsini yolverilməz sayıb, amma bu yolverilməzliyə sonra qiymət verəcəyini bildirib. Sonra ... 13.09.2023-cü ildə iddiaçı Qarabağ əlili xəstəxanada olanda iddianı cavabdehin rüşvəti ilə mümkün saymayıb ki, qazinin xeyrinə çıxarılan 05.07.2017 tarixli məhkəmə qərarı qüvvədədir. Hüquq özbaşınalığına baxın, eyni məhkəmə bir hakimin (Bəhlul Cəlalov) aktı ilə Qarabağ qazisinin xeyrinə çıxarılan 05.07.2017 tarixli məhkəmə qərarının qüvvədə olduğunu, o biri hakimin – Günel Sevdimalıyevanın məktubu ilə qüvvədən düşdüyünü bildirir. Və hər iki məhkəmə hakimi rüşvəti Konstitusiyadan üstün tutur!(?)
 Bakı İnzibati Məhkəməsinin rüşvət, korrupsiya özbaşınalığına son qoyan,  ölkədə ən yüksək hüquqi qüvvəyə malik qanunun Konstitusiya olduğunu anladan, İPM-in 116-120 maddələrinin tətbiq edilməsini, rüşvətxor hakim(lər) barəsində araşdırma aparılmasını təmin edən olacaqmı? Yoxsa ölkədə rüşvətin, korrupsiyanın Konstitusiyadan üstünlüyü normativ hüquqi akt qüvvəsində  sürəcək?!

Məğrur Bədəlsoy