Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR



 

Astrologiyada bəzi bürclər xarici görünüşü ilə bütün diqqəti öz üzərinə çəkir. Kainatda təbiətcə gözəl olan bu bürclər saçları, qaşları, gözləri və duruşu ilə digərlərindən fərqlənir. Yaxşı, ən gözəl bürclər hansılar hesab olunur? 

Lent.az xarici mediaya istinadla həmin bürcləri təqdim edir: 

Tərəzi 

Tərəzi harmoniya və tarazlığı təmsil edir. Tərəzilər adətən fiziki xüsusiyyətləri ilə bütün diqqətləri çəkirlər. Tərəzi bürcünün fiziki ölçüləri çox ahəngdardır.

Üzü ilə bədəni arasındakı harmoniya dərhal nəzərə çarpır. Gözəlliyin təcəssümü olan Tərəzilər həmişə baxımlı və xoş göründükləri üçün demək olar ki, bütün gözləri öz üzərinə cəlb etməyi bacarırlar. Onların zərifliyi hər kəsi heyran edir.

Şir

Şirlər anadangəlmə liderdirlər. Onlar hər şeydə qabaqcıldırlar. Ümumiyyətlə, çox uğurlu, bacarıqlı insanlar Şir bürcündən çıxır.

Bu bürc altında doğulanların özlərinə əmin duruşları hamıda dərhal heyranlıq yaradır. Şir bürcünün şirin sözləri və özünəməxsus üslubu həmişə diqqət çəkir. Enerjiləri ilə içində olduqları mühitə sevinc yayan Şirlər cazibədar və gözəl bürclər arasındadır.

Balıq

Duyğusal və həssas Balıqlar da gözəlliyi ilə diqqət çəkən bürclər sırasındadır. Təbii və şirin görünüşləri sayəsində həmişə diqqət çəkirlər. Balıqlar özlərinə və şəxsi qayğılarına çox diqqət yetirirlər. Onları həmişə baxımlı, qəşəng və sadə görə bilərsiniz.

Qoç

Qoçlar həmişə iddialıdır. Görünüşlərinə böyük əhəmiyyət verirlər. Adətən çox gözəl geyinirlər.

Qoç şən, enerjili və ekstravert insanlar olduğu üçün bütün bu enerji onları vazkeçilməz edə bilər. Bu bürcün nümayəndələri cazibədarlıqlarının fərqindədir və daha çox əhval-ruhiyyədə olduğu üçün həmişə bütün gözləri özünə çəkir.

Əqrəb

Əqrəb ən güclü auraya malik bürclərdəndir. Əqrəblər həmişə möhkəm dayansalar, səbirli olsalar da, zadəganlığı ilə diqqət çəkirlər. Əqrəblərin qarşısıalınmaz enerjili və həmişə sirli təbiəti onların cazibədar görünməsinə kömək edir.

Əqrəblər mənfi vəziyyətlərdə belə müsbət düşünərək bütün işlərin öhdəsindən asanlıqla gələ bilirlər.