Qərib Cəlal oğlu Qəribov – 75
 



 

75 yaşlı Bahadır.
 
Qərib Cəlal oğlu Qəribov – 75
 
Qərib Cəlal oğlunun qısa tərcümeyi halına diqqət yetirək. Cəlal oğlu Qərib Qəribov (keçmiş Qutqaşın) Qəbələ rayonu, Qəmərvan kəndində kolxozçu ailəsində dünyaya göz açmışdır. Kənddə olan 8 illik məktəbin 1957-ci ildə birinci sinfinə daxil olur. 1966-cı ildə qonşu kənddə Bumda təhsilini başa vurur. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun mexanika fakültəsinin avtomobil nəqliyyatı ixtisasına qəbul olunur. 1973-cü ildə ali təhsilini başa vurur. Eyni zamanda leytenant rütbəsi alır. 1973-cü ildə əmək fəaliyyətinə 4-cü dərəcəli çilingər kimi işə başlayır. Qısa bir müddətdə onun bacarıqlı mütəxəssis olması diqqəti cəlb edir və baş direktor vəzifəsinə təyin olunur. 1975-1986-cı illərdə avtonəqliyyat müəssisəsində istismar şöbə rəisi, 1986-1991-ci illərdə müəssisənin baş mühəndisi, 1991-ci ildə Qutqaşın avtonəqliyyat müəssisəsində direktor vəzifəsinə təyin olunur. 1998-ci ildə ərizəsinə əsasən tutduğu vəzifəsindən azad olunur. 14 noyabr 1998-ci ildən Qəbələ rayon İcra Hakimiyyətində Humanitar şöbəsində, sonralar Ərazi idarəetmə orqanları iş şöbəsində baş referant, baş məsləhətçi vəzifələrində çalışmışdır.
             Dövlətimizə 41 il yüksək səviyyədə xidmət göstərən Qərib Cəlal oğlu indi yaşı ilə əlaqədar təqaüddədir. Ailəlidir. İki oğlu, bir qız atası, beş nəvə babasıdır. Hobbisi dahi şəxsiyyətlərin taleyi ilə tanış olmaq, dünyada baş verən prosesləri izləmək və nəvələrin təlim tərbiyəsi ilə maraqlanmaqdır.
Hörmətli Qərib müəllim! Ömrünüzün kamillik zirvəsinə çatması münasibətilə sizi ürəkdən təbrik edir, qalan ömrünüzü də sağlam, xoşbəxt, doğmalarınızın əhatəsində olmasını arzu edirik.
 
Dövlət qulluqçusu təqaüddə olan Qəbələnin fəxr edici vətəndaşı, tanınmış ağsaqqal, gözəl valideyn, baba, ağsaqqalların və ziyalıların yaxın və əziz dostu Qərib Qəribovun 75 yaşına həsr edirəm.
 
Qərib müəllim
 
İki sözü haqqa baxır,
Düşməni yandırıb yaxır
Damarında təmiz axır
Qanı Qərib müəllimin.
 
Damğalayıbdır zilləti,
Sevir vətəni, milləti,
Hər yanda artıb şöhrəti,
Şanı Qərib müəllimin.
 
Eşqlə çırpınır ürəyi,
Elin, obanın, dirəyi,
Halaldı kişi çörəyi,
Nanı Qərib müəllimin.
 
Fərman belə dosta sevin,
Allah pak etsin qəlb evin,
Sağ olsun Qəribovun
Canı Qərib müəllimin.
 
Əzizinəm 100 yaşa,
A dostum bu həyatda düz yaşa
Mənimdə ürəkdən bir arzum var
Səni görüm həyatda 100 yaşa.
 
Təbrik edirlər Səməd Səmədov dövlət qulluqçusu, Nizami Abdullayev iş adamı, şagird yoldaşı, Məhəmməd Mirzəmmədov dövlət qulluqçusu, Sədiyar Səfərəliyev dövlət qulluqçusu, Fərman Hacıyev dövlət qulluqçusu, Tofiq Allahverdiyev, ailə üzvlərindən həyat yoldaşınız, oğlanlarınız Anar, Kənan, qızınız Günel, nəvələriniz Ülvi, Səbuhi, Ömər-diplomat, Bəniz, Firəngiz, Fərman Məhəmməd Əzizli Azərbaycan Respublikasının Maarif Xadimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Qəbələ rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü.

SeherXeber.org