Argentina Prezidenti dövlət idarələrində ciddi ixtisar olunduğunu elan etdi



 

Argentina hakimiyyəti yaxın gələcəkdə 70 minə yaxın dövlət işçisini işdən çıxarmağı planlaşdırır. 

Bunu Argentina prezidenti Xavyer Mayli Latın Amerikası İqtisadçıları Forumunun bağlanışında deyib.

“50 min dövlət işçisini işdən çıxardıq, onların müqavilələrinə xitam verildi. Nəzərə alın ki, hazırda müqavilələrin sayı azaldılır və 70 min müqavilə ləğv ediləcək”, - o deyib. 

"La Politica Online"nin məlumatına görə, hökumət martın 31-də başa çatan on minlərlə “lazımsız” müqaviləyə xitam vermək niyyətindədir.

27 dekabr 2023-cü ildə Argentina hökuməti 2023-cü ildə işə götürülən 5 mindən çox dövlət qulluqçusunun müqavilələrini yeniləməyib.