"Ləvəngi dairəsi"də maraqlı Amerika sürprizi



 

Lənkəranın “Ləvəngi dairəsi” ərazisində həyətyani sahələrin birində Amerika yenotu (rakun) aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, heyvanın həyətə, ümumiyyətlə Lənkərana necə gəlməsi ev sahibinin marağına səbəb olub. Ev sahibi heyvanı həyətdən uzaqlaşdıraraq meşəyə buraxıb.

Ev sahibi bir müddət əvvəl evinin həyətyanı sahəsində iynəli kirpiyə də rast gəldiyini bildirib.