Azərbaycanda müəllim uşağının yanında ərini bıçaqladı



 

Bərdədə qadın 3 yaşlı övladının gözü qarşısında ərini bıçaqlayıb.

Ölkə.az Metbuat.az-a istinadla bildirir ki, zərərçəkən Yaşar Nuriyev bildirir ki, Mingəçevir şəhər 2 saylı musiqi məktəbinin müəllimi olan həyat yoldaşının psixoloji vəziyyəti ağır olduğundan bundan öncə də səbəbsiz olaraq şüşə ilə öz qollarını doğrayıb.

Hadisə ilə bağlı DİN ilə əlaqə saxladıq. Bildirildi ki, hazırda faktla bağlı Bərdə RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.