Maykl Ceksonun həyatından bəhs edən film bu tarixdə ekranlara çıxacaq



 

Müğənni Maykl Cekson haqqında bioqrafiya filmi 18 aprel 2025-ci ildə kinoteatrlarda nümayiş olunacaq.

“Ölkə.az” xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, “Maykl” filminin çəkilişləri yanvarın 22-də başlayacaq. Müğənninin rolunu onun qardaşı oğlu Cəfər Cekson ifa edəcək.

Bioqrafiyanı “Kral Artur”, “Təlim günü”, “Silahçı”, “Solaxay” və “Ekvalayzer” filmlərinin rejissoru Antuan Fukua çəkəcək.