Floridanın ən bahalı evi 187,5 milyon dollara yenidən bazara çıxarıldı



 

Palm Beach sahillərində yerləşən özəl ada 30,5 milyon dollar dəyərində ucuzlaşıb.

Florida bazarındakı ən bahalı ev 187,5 milyon dollara yenidən siyahıya alınmış bu Palm Beach şəxsi ada kompleksidir.

Endirimlərə baxmayaraq, bu, yalnız Sunshine State-də ən bahalı yaşayış təklifi deyil, həm də bütün ABŞ-da ən bahalı təkliflərdən biri olaraq qalır.

Şəxsi körpü ilə daxil olmaq mümkün olan kompleksə, əsas ev, qonaq evləri və işçilər üçün ərazilər, beş avtomobillik qaraj, masaj otağı, saç və dırnaq salonu, buxar otağı və sauna, sahildə idman zalı daxildir. Kompleksdə tennis kortu da var. Bundan əlavə, çoxsaylı hovuzlar, əyləncə otağı, şərab otağı və liftlə də təchiz olunub./valyuta