MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkilərini təyin edib.

“Report”un xəbərinə görə, bu barədə qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında bildirib.

Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

***
Bu gün növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

"Report"un xəbərinə görə, toplantı saat 16:00-da başlayacaq.