Şimal işıqları Moskvada görünə bilər



 

Şimal işıqları güclü maqnit qasırğası fonunda Moskvanın səmasında görünə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə İZMIRAN Kosmik Hava Proqnozları Mərkəzinin əməkdaşı Mariya Abunina məlumat verib.

“Önümüzdə yaxşı bir parıltı var idi, ona görə də biz bu ilin ən güclülərindən biri olan maqnit qasırğasını gözləyirik”, - o bildirib.

Onun sözlərinə görə, fırtına G3 (güclü) və G4 (çox güclü) səviyyələrinə çata bilər. Bu səbəbdən avroranın Moskvaya da çatması gözlənilir.

Qeyd edilib ki, Moskva sakinləri bu nadir təbiət hadisəsini havanın aydın olması şərti ilə noyabrın 30-da və dekabrın 1-də də görə bilərlər.