62 yaşlı həmyerlisini bıçaqlayan şəxs hökmdən narazıdır



 

Hacıqabulda həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Sahəddin Tağıyevin məhkəməyə apellyasiya şikayəti verib.

"Ölkə.Az" xəbər verir ki, onun şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.

Cinayət işi hakim İsmayıl Əhmədovun icraatına verilib.

İş üzrə məhkəmə ilkin baxış iclası noyabrın 28-nə təyin olunub.

Qeyd edək ki, 61 yaşlı Sahəddin Tağıyev aralarında yaranmış münaqişə zəminində həmyerlisi, 62 yaşlı Əli Məmmədovu döyüb və bıçaqlayıb. Qarın və üz nahiyəsindən bıçaq xəsarəti alan Əli Məmmədov xəstəxanaya yerləşdirilib. Sahəddin Tağıyevə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.